İllər sonra Moskvada! - Video

iller-sonra-moskvada
Oxunma sayı: 5775

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibləri Dima Bilan və Nigar Camal illər sonra bir səhnədə çıxış ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu, Rusiyanın Əməkdar artisti Dima Bilanın yaradıcılığının 25 illiyi münasibətilə Moskvada “Crocus City Hall”da verdiyi konsertdə baş verib.

Onlar “Obnimi menya” hitini ifa ediblər. Bilanla Camalın səmimi görüntüləri diqqət çəkib.

Qeyd edək ki, sözügedən duet 2012-ci ildə “MuzTV” mükafatlarında “Rusiyada ilin ən yaxşı dueti” nominasiyası üzrə qalib olub. Onlar 5 il sonra mahnını Bakıda keçirilən “JARA” festivalında ifa ediblər.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun: Ещё одно чудо в Турции спустя 11 дней... - Видео