​“İllərdir bizimlə çalışan insanlar gəlib başqa çıxışlar edirlər”

illerdir-bizimle-calisan-insanlar-gelib-basqa-cixislar-edirler
Oxunma sayı: 1787

“Milli Məclisin daxili nizamnaməsi var, hər bir deputat təklif irəli sürə bilər. Amma bəzi deputatlar var ki, iclas bitən kimi jurnalistləri çağırır, müsahibə vermək istəyir ki, mən başqa məsələni qaldırmaq istəyirdim, qoymadılar”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deyib.

“Biz görmüşdük ki, azlıq çoxluğa tabe olsun. Amma görürük ki, azlıq bizə təsir etmək istəyir. İllərdir bizimlə çalışan insanlar gəlib başqa çıxışlar edirlər. Ömür boyu demisən, indi əsas fikirlərə baxmalısan. Deyir ki, Qarabağın bərpası üçün sahibkarlardan bəhanə ilə pul yığılır. Hansı sahibkardan pul yığılır? Qarabağın işinə niyə haram qatırsız? Təcrübəsi olan adamlar belə danışmalı deyil.

Kim gələcək seçkiyə hazırlaşırsa, yolunu başqa tərəfdən salsın, Qarabağdan salmasın. Qarabağın üstündə çox alverlər olub. Artıq Qarabağın üstündə alver olmaz. Bu məsələ bitdi”, - deyə deputat qeyd edib.

Zaur Mirzə