“İllərini ona həsr edib xanım edirsən, o isə...”

illerini-ona-hesr-edib-xanim-edirsen-o-ise
Oxunma sayı: 3130

“Qarşıma çıxan, göz yaşı tökən qadınların əksəriyyəti mənə sonra zərbə vurdular. Şər, böhtan atdılar. Rahat və arxayın oldular ki, danışmayacam. Ürəyim partlayır, danışa bilmirəm.  Bəzi qadın dostlarım istədikləri vaxt rahatlıqla efirdə nə istəyirlərsə, deyirlər. Amma mən bu günə kimi onların yanındayam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri meyxana ifaçısı Namiq Qaraçuxurlu “Şou ATV” proqramına qonaq olarkən deyib. Sənətçi efirdə açıqlama verərək  bu günədək qarşısına çıxan xanımlardan danışıb. O, ad çəkmədən lazımsız insanları həyatına saldığını bildirib:

“Qadın göz yaşlarına inanmıram. Pul olan yerdə sənin üstünə daraşırlar. Qadın qabağıma çıxır, bataqlığın içində boğulur. Amma... Fikirləşirdim ki, filankəsi sevirdim, amma bu gün düşünürəm ki, bəlkə də o, başqa bir şey- öyrəşmək olub. Mən düşünürəm ki, insanın sevdiyi adam onun ailə qurduğu adamdır. Yəni, artıq qərara gəlirsən ki, bu adamla ailə qurasan. O artıq sevginin elə bir həddidir ki, o həddə çatanda insanda bu ideya yaranır ki, ailə qurmalıyam”.

Namiq daha sonra əsl sevgini ailə qurduğu xanımla yaşadığını qeyd edib: “Bu gün sizinlə doğma, yaxın olan qadın sabah sizə qarşı qansız, insafsız bir düşmən ola bilər. Bunu hər zaman düşünün. Ta ki, o xanım sizin həyat yoldaşınız olana qədər... Həyat yoldaşındırsa, gələcəkdə qoy, o sənin düşmənin olsun. Övladının anasıdır, qoy sənin düşmənin olsun. Ailəli olan adamlar ayrılandan sonra da o qədər də düşmən olmurlar. Elə sirlər var ki, gəlib ora çatanda dayanırlar. Amma o müəyyən münasibət ki, var, o insanlarda yoxdur. Onlar üçün ayrılanda müqəddəs heç nə qalmır. İstəyərlər ki, sən öləsən. Mənim həyat təcrübəm bunu göstərdi ki, zamanında bölüşdüyün sirri gəlib sənə qarşı silah kimi istifadə edirlər. Bütün illərini, enerjini həsr edirsən, onu qaldırırsan, xanım edirsən və o, birinci sənə zərbə vurmaq istəyir. Bu, mənim həyatımda dəfələrlə oldu. Bacarıblar, istifadə ediblər, sonra da belə...Həyat, dünya belədir. İnsanlar xam adam axtarır, insanlardan istifadə eləmək istəyirlər”.