İlon Mask açıqlama verdi, “Bitcoin” kəskin bahalaşdı

ilon-mask-aciqlama-verdi-bitcoin-keskin-bahalasdi
Oxunma sayı: 4609

“Tesla”nın CEO-su İlon Mask tvitter hesabında “Bitcoin”lə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, açıqlamasında “Bitcoin” mədənçiləri ilə görüşdüyünü və yenilənə bilən enerjinin istifadəsinin genişləndirilməsinə sadiq olduqlarını bildirib.

İ.Mask bunun “potensial olaraq ümidverici” olduğunu qeyd edib.

Xatırladaq ki, “Bitcoin”in qiyməti 30 min dollar səviyyəsinə qədər düşmüşdü. Onun tivitindən sonra kriptovalyutanın dəyəri 15 faiz yüksəlib.

Qeyd edək ki, Mask “Bitcoin”in ətraf mühitə zərər verdiyini əsas gətirərək, bu virtual pulla “Tesla” almağın mümkün olmayacağını bəyan etmişdi. “Bitcoin”in kəskin ucuzlaşması onun postu ilə başlamışdı.