İlon Mask bir günə 18 milyarddan çox pul itirdi

ilon-mask-bir-gune-18-milyarddan-cox-pul-itirdi
Oxunma sayı: 2525

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın sərvəti bir günə 18 milyard dollardan çox azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. 

Məlumata görə, Maskın sərvəti 18,4 milyard dollar (7,6%) azalaraq 224,4 milyard dollar təşkil edib. 

Buna səbəb isə “Tesla” şirkətinin səhmlərinin dəyərinin enməsi olub. 

Buna baxmayaraq, Mask “Forbes”in versiyasına görə, əvvəlki kimi dünyanın ən varlı insanları siyahısında ilk pillədə mövqeyini qoruyur.