Amerikalı milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində dəstəkləyəcəyi şəxsin adını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, İlon Mask bu mövzuda bir tviter istifadəçisinin sualına cavab verən zaman yazıb.
Belə ki, o, Respublikaçı Florida qubernatoru Ron DeSantisi dəstəkləyə biləcəyini ifadə edərək, 2022-ci ilin noyabrında keçiriləcək ara seçkilərdə Respublikaçıların böyük qələbə qazanacağına diqqət çəkib.
“Mayra Floresə səs verməklə mən həyatımda ilk dəfə Respublikaçıya səs verdim. 2022-ci ildə böyük bir qırmızı (Respublika) dalğası gəlir”, - o deyib.
Son xəbərlər
Son Xəbərlər