İlon Mask Putini “Clubhouse”da söhbət etməyə dəvət etdi

ilon-mask-putini-clubhouseda-sohbet-etmeye-devet-etdi
Oxunma sayı: 2478

“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Mask Rusiya Prezidenti Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində söhbət etməyə dəvət edib.

“Qafqazinfo” bildirir ki, iş adamı yazdığı tvitdə Kremlin rəsmi hesabını işarələyib:

“...Clubhouse-da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”.

“Sizinlə danışmaq böyük şərəf olardı”, - Mask rus dilində əlavə edib.