İlon Mask “Starlink” peyklərini Türkiyəyə göndərə bilər

ilon-mask-starlink-peyklerini-turkiyeye-gondere-biler
Oxunma sayı: 2224

ABŞ-nin “SpaxeX” və “Twitter” şirkətlərinin sahibi İlon Mask Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı açıqlama verib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, ölkəyə təbii fəlakətlə bağlı yardım təklif edib.

“Türkiyə hökuməti razılıq verərsə, “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə bilərik”, - deyə Mask qeyd edib.