İlon Maskın cinsiyyətini dəyişən oğlu ilk dəfə görüntüləndi - Fotolar

ilon-maskin-cinsiyyetini-deyisen-oglu-ilk-defe-goruntulendi
Oxunma sayı: 23504

“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın bu yay özünü transgender elan edən və cinsiyyətini dəyişən oğlu Kaliforniyada alış-veriş edərkən paparazzilərin obyektivinə tuş gəlib.

“Qafqazinfo” xəbər verir ki, fotolar Daily Mail-də yayımlanıb.

İlon Maskın oğlu Vivian Cenna Uilson (indi belə adlanır) Santa Monikada rəfiqəsi ilə alış-veriş edərkən görüntülənib.

Qeyd edək ki, 2022-ci ildə İlon Maskın 18 yaşlı oğlu Xavier özünü transgender elan edib, cinsini qadına dəyişib. Həmçinin məşhur atasının soyadından imtina edərək Vivian adını və anasının soyadını - Uilson alıb.
“Mən artıq bioloji atamla heç bir əlaqəmin olmasını istəmirəm”, - Vivian məhkəmədə deyib.