ABŞ-nin “SpaceX” kosmik şirkəti 14 yaşlı Kayran Kvazi adlı yeniyetməni mühəndis-proqramçı vəzifəsinə işə götürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Los Angeles Times” qəzeti yayıb.
Məlumata görə, Kvazi “Starlink” komandasında çalışacaq.
Qeyd olunur ki, yeniyetmə Santa-Klara Universitetinin mühəndislik məktəbini bitirib və sözügedən təhsil müəssisəsinin tarixində ən gənc məzun olub. O, anası ilə Kaliforniyadan ABŞ-nin şimal-qərbində yerləşən Redmond şəhərinə köçməyi planlaşdırır.
Bununla belə, “SpaceX” şirkətinin rəhbəri İlon Mask yeniyetmənin bu vəzifəyə təyin olunması barədə məlumatları hələ ki şərh etməyib.



Son xəbərlər
Son Xəbərlər