İlon Maskın tviteri alması təsdiqləndi

ilon-maskin-tviteri-almasi-tesdiqlendi
Oxunma sayı: 1754

Tviterin Direktorlar Şurası amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın tviter sosial şəbəkəsini aldığını təsdiqləyib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) edilən bildirişlərdə səhmdarlara Tviterin İdarə Heyətinə yekdilliklə səs vermələri tövsiyə edilib.

Tviter sosial şəbəkəsinin rəhbərliyi məlumatı təsdiqləyib.