İlqar Abbasov səyyar görüş keçirdi

ilqar-abbasov-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1810

Bu gün 18 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

İlqar Abbasov səyyar qəbul-görüşdə Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında sakinlərə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, şəhər sakinləri ilə keçirilən səyyar qəbulların məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.

Qəbul zamanı 21 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.