İlqar Abbasov səyyar görüş keçirdi

ilqar-abbasov-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1457

Bu gün 10 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

İlqar Abbasov Prezident İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə ilə bağlı ətraflı çıxış edərək, qeyd olunan müddətdə istər respublikamızda, istərsə də şəhər miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. 

Qəbul zamanı 24 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.