İlqar İsmayılovun 8 il həbsi tələb edildi

ilqar-ismayilovun-8-il-hebsi-teleb-edildi
Oxunma sayı: 3147

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsini istəyib.

Həmçinin oxuyun: İlqar İsmayılovun həbsinin detalları bilindi

“İdeal”ın sahibi 1 milyonluq mənzili şirkətin pulu ilə almaqda ittiham edilir​

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.