İlqar Məmmədovla bağlı qərarın vaxtı açıqlandı - Vaxt dəyişdi

ilqar-memmedovla-bagli-qerarin-vaxti-aciqlandi
Oxunma sayı: 2196

“ReAl” hərəkatının həbsdə olan lideri İlqar Məmmədovıa bağlı apellyasiya qərarının açıqlanacağı gün bəlli olub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Fuad Ağayev məlumat verib. O bildirib ki, İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarı mayın 3-də saat 10-da elan olunacaq.

Qeyd edək ki, şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali məhkəmə kassasiya şikayətini qismən təmin edib.

Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb. Xatırladaq ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına əsasən, azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.

***

Vəkil Fuad Ağayev bildirib ki,İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məhkəmənin vaxtı dəyişdirilib: “Şəki Apellyasiya Məhkəməsindən yenidən zəng vurub dedilər ki, anlaşılmazlıq olub. İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarını sabah (29 aprel) saat 17-də elan edəcəklər”.

Murad Əhməd