İlqar Məmmədovla Tofiq Yaqubludan xəbər var

ilqar-memmedovla-tofiq-yaqubludan-xeber-var
Oxunma sayı: 1111


Prosesə hakim İnşallah Quliyev sədrlik edəcək.

Şəki Ağır Cinayətlər Məhkəməsi 17 mart hökmü ilə Tofiq Yaqubluya 5 il, REAL hərəkatının sədri İlqar Məmmədova 7 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının istefası tələb olunub. Fevralın 14-də icra başçısı vəzifəsindən azad edilib.

İsmayıllı olaylarına görə 20 nəfər tutulub. İstintaqları ayrıca aparılmış Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.