İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsinin vaxtı müəyyən edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Məhkəmə iclası aprelin 22-i saat 14:30-da Şəki Appelyasiya Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.
Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.
Xatırladaq ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına əsasən, azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər