İlqar Məmmədovun boşluğu və Erkin Qədirlinin rahatlığı

ilqar-memmedovun-boslugu-ve-erkin-qedirlinin-rahatligi
Oxunma sayı: 5552


Virtualaz.org saytı milli demokrat İlqar Məmmədov və hüquqşünas Erkin Qədirli ilə bağlı yazı dərc edib.

 “Qafqazinfo” həmin yazını təqdim edir:

Azərbaycanlılar demokratiyaya hazırdırmı? Getdikcə bunun əksinə daha çox əmin oluram-biz paternalistik millətik. Bir halda ki, öz ruhuna və təbiətinə görə ən demokratik təşkilat kimi görünən ReAL amiranə, ali rəhbərdən asılı idarəetmə tipinə keçir, o zaman bütün dövlət miqyasında demokratiyanın yaranmasından danışmağa ehtiyac qalmır. 

Niyə bir neçə il əvvəl özünü islahatçı və inkişafçı rolunda görən bir qrup qeyri-formal gənc ölkədə Yeqor Qaydarın “Demokratik seçim”inə oxşar ilk ictimai hərəkat yaratmağı qərara aldılar? İsa Qəmbərin desizmini və Kərimlinin “imbisilizmini” inkar edən uşaqlar deyəsən müxalifət partiyalarında kök salan ali rəhbərdən asılı idarəçilikdən yorularaq ictimaiyyətə yeni platforma və bir qədər fərqli seçim təklif etdilər-dayağı yeni formasiyalı gənclərdən ibarət olan ictimai hərəkat.

Bir sözlə 80-ci illərin ortalarının Çubays modeli. Öz qaydarlarını, şaxraylarını və görünüşcə ziyalı, ancaq o qədər də akademik olmayan personaşlarını da seçdilər. ReAL dərhal Qərbin dəstəyini qazandı və Qərbin siyasi institutlarının, xüsusən də Vaşinqtonun  dəstəklədiyi yeni üçüncü qüvvə statusunu aldı.

Yeni təşkilatda ön pana iki fiqur çıxdı-Amerika səfirliyinin keçmiş əməkdaşı və milli demokrat İlqar Məmmədov, həmçinin yaxşı təhsil almış hüquqşünas, ancaq siyasi baxımdan bir qədər infantil Erkin Qədirli. Bu tandem öz ətrafında həm müxalifətən, həm hakimiyyətdən məyus olan 50-70 arası gənci birləşdirdi. Ancaq Qərbin və ənənəvi müxalifətçilərdən ayrılan sosial bazanın gözləntilərinin əksinə olaraq ReAL heç cür real siyasi alternativə çevrilə bilmədi.

ReAL sistem, passionar qüvvə, bizim siyasi səmamızda parlayan ulduz olmadı. ReAL-ın iflasının səbəbi, daha doğrusu səbəblər toplusu haqda uzun danışmaq olar. Ancaq nəticə birdir-nə İlqar Məmmədov, nə Erkin Qədirli öz şəxsi keyfiyyətləri ilə Azərbaycan inqilabının lokomotivləri ola bilmədilər. Üstəlik bu cür layihənin meydana gəlməsi üçün şərtlər də  heç uyğun deyildi.

Nəticəsi isə necə olmalı idisə elə də oldu-ReAL-ın meydana gəlməsi üçün sosial sifariş yaranmadı. Siyasi və xarici siyasi sifariş oldu. Ancaq sosial sifariş olmadı, əks halda bu hərəkat genişmiqyaslı xalq hərəkatına çevrilərdi. Və bu hərəkatın liderləri həmin sosial sifarişi şərtləndirə bilmədilər, bir tərəfdən öz yersiz hərəkətləri və konfliktə hədsiz meylli olmaları, passivlikləri, digər tərəfdən hərəkatı şəhər QHT-si səviyyəsinə enəcək qədər deqradasiyaya məruz qoymaları səbəbindən.

Nəticələr isə yeni ictimai hərəkatın rəisləri üçün acınacaqlı oldu: emosional İlqar Məmmədov arxasınca boşluq gələn təhlükəli xətti keçərək uzun müddətə dəmir barmaqlıqlar arxasına düşdü. Yaxşı təşkilatlanmış siyasi təşkilata, güclü sosial bazaya və hətta narazı sosial baza arasında populyarlığa malik olmayan İlqar Məmmədov yandırıcı maye doldurulmuş balaca şüşə butulka və yanacaq hopdurulmuş qırmızı əski parçası ilə ümummilli tonqal qalamaq istədi...Daha ehtiyatlı, hesabını yaxşı bilən və münaqişədən uzaq olan Qədirli azadlıqda qaldı, ancaq oyunu uduzdu. İlqar Məmmədovun bir düjn tərəfdarının və bir şəxsin qismində hərəkatın fəallarının təzyiqi Qədirlini ReAL-ın məclis sədri postundan aşırdı. Yəni İ.Məmmədovun yoxluğu şəraitində E.Qədirli faktiki olaraq təşkilatda birinci şəxs olmuşdu. 

Bəs realçılar E.Qədirlini postundan niyə uzaqlaşdırdılar? Bunun səbəbi olduqca sadədir. Görürsünüzmü, E.Qədirli siyasi səhvə yol verib və öz müsahibələrində uzaqgörənlik nümayiş etdirməyib. Liberallar daha da uzağa getdilər və E.Qədirliyə üç ay ərzində jurnalistlərlə ünsiyyəti qadağan etdilər. Nə deyəsən, ReAL deyil, kommunist (bolşeviklər) partiyasıdır, üstəlik Stalin cinahı ilə. Rəhbərin Razliv gölünün kənarındakı komadan bu cür qəzəbli reaksiya verməsinin səbəbi nə idi?

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində E.Qədirli maraqlı bəyanatla çıxış etmişdi və Azərbaycan dövlətini erməni terroru ilə mübarizə üçün yeni strategiya hazırlamağa çağırmışdı, Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoyan erməni siyasi liderlərini və hərbi xadimlərini aradan götürməyi təklif etmişdi. Əslində E.Qədirli özündən Amerika açmırdı və velosiped icad etmirdi, o, sadəcə olaraq Qold Meirin “qara sentyabr” strategiyasına  və “Eyhman və digər SS liderlərinə qarşı xüsusi əməliyyat”a istinad edirdi. Ancaq ənənəvi olaraq Qarabağ məsələsində sərt mövqedən çıxış edən həmin İlqar Məmmədov xeyli qəzəbli açıqlama verərək öz tərəfdaşını pislədi...və bir müddət sonra E.Qədirlinin hərəkatın rəhbərliyindən uzaqlaşdırılması baş verdi.

Maraqlıdır, bəlkə xaricdən kimsə həddən artıq sərbəst və nəzarətsiz E.Qədirlini götürməyi məsləhət görmüşdü? Ola bilsin Qədirli Vaşinqtonda kiminsə xoşuna gəlməmişdi? Mühakimə yürütmək çətindir, ancaq bir halda ki, Vaşinqton və “Dövlət Departamentinin kəşfiyyatı” hələ də realçılara hansısa ümidlər bəsləyir, o zaman belə görünür ki, amerikalılar burada dəqiq heç kimə və heç nəyə ümid edə bilməzlər.

Hərçənd mümkündür ki, E.Qədirlinin uzaqlaşdırılması sərfəli olmayan, həddən artıq ambisiyalı və daha populyar rəqibindən çoxdan yaxa qurtarmaq istəyən İ.Məmmədov üçün bəhanə oldu? Belədir ya yox, amma Azərbaycan cəmiyyətində başlıca liberal qüvvə statusuna iddia edən təşkilatda qəbul olunmuş bu cür misli görünməmiş qərar siyasi istebleşmentdə avtoritar ənənələrin daha da möhkəmlənməsinə xidmət edir.

Yəni ReAL bu təşkilatın qarşı çıxdığı həmin ənənələri mənimsədi. Hakimiyyəti bir kənara qoysaq müxalifətdən olan rəqibləri də realçılara tamamilə ədalətli və təbii suallar yağdıra bilərlər-bəs tolerantlıq harda qaldı? Partiyadaxili debatlar hara getdi? Bəs fərqli düşüncə və plüralizm? Yaxud söz azadlığı?! İlqar Məmmədov və ReAL necə də olsa aydınlaşdırmalıdır-ya bu təşkilat liberalyönümlüdür və Avropa parlamentarizminə sadiqdir, ya da güclü əlin rəhbərliyi ilə avtoritar vertikal yaratmağa can atan, Yaroşun rəhbərliyi altında hərbiləşdirilmiş “Sağ sektor”dur. Nəticə birdir-ReAL deyəsən məhz ikinci formatı seçir və İ.Məmmədovun volyuntarist, diktatorsayağı idarəetmə stili buna dəlalət edir.

İ.Məmmədovun və E.Qədirlinin arasında fikir ayrılığı başqa müstəvidə-indiki hakimiyyətə münasibətdə də özünü büruzə verir. Əgər İ.Məmmədovun gizlətməyə nəyisə varsa E.Qədirlinin gizlətməli heç nəyi yoxdur. O, jurnalistlərə müsahibəsində açıq etiraf edib ki, hakimiyyətdə çoxlu dostları var və bu hakimiyyət nümayəndələri ilə əməkdaşlıq edir. Budur,uzun müddət bu hakimiyyətin “aslanovçu-nurçu qanadı” ilə əməkdaşlıq edən İ.Məmmədov  nəyə görəsə və tamamilə gözlənilmədən radikallaşdı. Bütün oyun qaydalarını pozdu, Elnur Aslanovun şöbəsinin himayəsindən çıxaraq Əliyev hakimiyyətinə qarşı barışmaz mübarizə çevrildi. 

Bəlkə bu rolu İ.Məmmədova ilə E.Aslanov özü vermişdi? İstənilən halda şübhəsiz ki, hakimiyyətdaxili qruplaşmalardan kimsə prezident seçkilərinə bir il qalmış ölkədə vəziyyətin gərginləşməsində maraqlı idi. Və buna diqqət yetirin, İlqar Məmmədovun həbsindən dərhal sonra Elnur Aslanovun saytları Xəzər hövzəsində hansısa inqilab ssenariləri barədə tamamilə fantasmaqorik versiyanı fırlatmağa başladılar. Və heç demə bu dalğa Azərbaycana Mərkəzi Asiyadan gəlməliymiş...E.Aslanov məqalə müəllifinə diqtə edirdi ki, yeni inqilabi prosesin baş personakı İlqar Məmmədov olmalıdır. Yəni nurçuların imamcığının İ.Məmmədovla əlaqələri hansısa yolla ört-basdır etməyə yönələn tələm-tələsik cəhdləri müşahidə olunurdu. Bir neçə ay sonra heç E.Aslanovun özü də qalmadı...