İlqar Mirzəyevə xatirə lövhəsi qoyuldu - Foto

İlqar Mirzəyevə xatirə lövhəsi qoyuldu
Oxunma sayı: 3452

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin evinin qarşısında şəhid polkovnikə xatirə lövhəsi qoyulub.

"Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin dekabrında şəhid polkovnikə ölümündən sonra Milli Qəhrəman adı verilib.