“İlyas” yeni serialda

ilyas-yeni-serialda
Oxunma sayı: 6212

Türkiyənin reytinqli “Eşkiya dünyaya hükümdar olmaz” serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba yeni serialda rol alacaq.

“Qafqazinfo” xəbər verir ki, aktyor TRT-də yayımlanacaq “Kasaba doktoru” serialı ilə razılıq əldə edib.

O.Akbaba həkimlərin hekayəsini ekrana gətirəcək serialda Kemal obrazını canlandıracaq.

Çəkilişləri mart ayında başlayacaq serialın rejissoru Arda Sarıgün olacaq.