İmamoğlu bu kitabın satışına görə tənqid edildi

İmamoğlu bu kitabın satışına görə tənqid edildi
Oxunma sayı: 2237

Fransada öldürülən Kürd Fəhlə Partiyasının yaradıcılarından biri Səkinə Cansızın “Hep kavgaydı yaşamım” adlı kitabının İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) nəzdində fəaliyyət göstərən İstanbul Kitabçısı tərəfindən satışa çıxarılması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, bir çox izləyici İBB və İBB rəhbəri Əkrəm İmamoğlunu tənqid edərək instaqramda #İBBraflarıPKK'yaAcılamaz həştəqi ilə ona qarşı ittihamlar səsləndiriblər. İmamoğlu tvitterdə də Türkiyə gündəmində birinci sıraya yüksəlib.

Nəticədə, İstanbul Kitabçısı terrorçunun kitabını satışdan çıxarıb. İBB-dəki səlahiyətli şəxslərdən heç kim mövzuyla bağlı açıqlama verməyib.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü Səkinə Cansız 2013-cü ilin yanvarın 10-da Parisdə digər yaraqlılar Fidan Doğan və Leyla Söyləməz ilə birlikdə odlu silahla öldürülüblər. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi