İmamoğlu haqda daha bir iddia qaldırıldı

imamoglu-haqda-daha-bir-iddia-qaldirildi
Oxunma sayı: 6314

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı daha bir məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, 29 dekabr 2015-ci ildə keçirilən xidməti satınalma tenderində saxtakarlıq etməkdə ittiham olunur.

İddialarla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Mülki Müfəttişləri hərəkətə keçib.

Aralarında o vaxt Bəylikdüzü Bələdiyyəsinin sədri olan Əkrəm İmamoğlu da daxil olmaqla 7 nəfərə “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə haqlarında araşdırma icazəsi verilib.

Bundan sonra Böyükçəkməcə Prokurorluğu iddianamə hazırlayıb və onlara 7 ilə qədər həbs tələb olunub. Böyükçəkməcə Ədalət Komissiyasına göndərilən iddianamə qəbul edilib.

Məhkəmənin iyunun 15-də başlayacağı bildirilib.