İmamoğlu mandatını təhvil aldı - Yenilənib + Video + Fotolar

imamoglu-mandatini-tehvil-aldi
Oxunma sayı: 1856

İstanbul Böyükşəhər bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu mandatını təhvil alıb. 

"Qafqazinfo" "Haberler"ə istinadən xəbər verir ki, İstanbul valisi Əli Yerlikaya sədrliklə bağlı vəsiqəni İmamoğluna təqdim edərək ona uğurlar arzulayıb.

İmamoğlu isə çıxışında bunları deyib:

“Cənab valimizə təşəkkür edirəm. İstanbul Böyükşəhər Bələdiyyəsinin möhürünü təhvil aldım. Əlbəttə, belə qədim şəhərdə sədrlik etməyin müqəddəsliyini hər kəs bilir. Bu şəhərin mənəviyyatına, bütün sahələrinə sahib çıxacaq, yanlışlara yol vermədən bir idarəetmə anlayışını ortaya qoymaq istəyirəm. İstanbulumuzun çox şeyə ehtiyacı var. Allah utandırmasın”.

***

***

Hazırda 10 minlərlə insan İmamoğlunun çıxışını gözləyir. 

Qeyd edək ki, İmamoğlu 23 iyun bələdiyyə sədri seçkilərində 54,21 % səslə İstanbulun bələdiyyə sədri seçilib. Onun rəqibi – AKP-li Binəli Yıldırım isə 44,99% səs toplayaraq səsverməni uduzub.