İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu 31 mart seçkilərindən əvvəl “Sənə səs vermərəm” deyən qadının evinə gedib.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, 60 yaşlı Məhruzə Keleşlə İmamoğlu arasındakı dialoq gülməli anlara səbəb olub.
31 mart seçki kampaniyasında Sultanbəylidəki bazarda İmamoğlu ilə qarşılaşan Keleş “Sən Tayyib Ərdoğana bağlı deyilsənsə sənə səs vermərəm. Sənə kətə bişirərəm, amma səs vermərəm” demişdi. Sədrliyə namizəd İmamoğlu isə “Səndən səsini yox, duanı istəyirəm. Seçkini qazansam, 1 ay ərzində evinə gələcəm” cavabını vermişdi.
Seçkidən 44 gün sonra gerçəkləşən görüşdə yenidən maraqlı anlar yaşanıb. Məhruzə Keleş Əkrəm İmamoğluna “Səni heç kim tanımırdı. Mənim sayəmdə tanındın deyib”. İmamoğlu isə gülərək “Allah razı olsun. Bizi tanıtdın, nə edək? Bir az da danışsan, daha 3 seçkini qazanacağam” söyləyib.

Son xəbərlər
Son Xəbərlər