Türkiyənin məşhur aktrisası Elçin Sangu İstanbul bələdiyyəsinə namizəd olan Ekrem İmamoğlunu dəstəkləyib.
“Qafqazinfo” xəbər verir ki, kino və serial ulduzu tvitterdə post paylaşaraq E. İmamoğlunu qalib gördüyünü bildirib.
O, sosial şəbəkə istifadəçilərinin “Bir sənətçi sənəti ilə məşğul olmalıdır, siyasətlə yox” şərhinə isə belə cavab verib: “Hər insan fikrini azad bir şəkildə deməlidir. Sənətim dilimə mane olmur”.
Qeyd edək ki, Yüksək Seçki Qurumu səslərin hesablanmasından sonra E.İmamoğlunun 48,79 faiz səslə lider olduğunu, hazırki bələdiyyə sədri Binəli Yıldırımın isə 48,51 faiz səs topladığını açıqlayıb. Lakin hakim partiya AKP nəticə ilə razılaşmayaraq səslərin yenidən sayılmasını istəyib.
Son xəbərlər
Son Xəbərlər