İmamoğlunu ölümlə hədələyən şəxs saxlanıldı

imamoglunu-olumle-hedeleyen-sexs-saxlanildi
Oxunma sayı: 2273

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunu ölümlə hədələyən şübhəli T.G. polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, martın 27-də İmamoğluna “qanını axıdıb sənə içirərəm” deyə şantaj məktubu yollayan şəxs kibercinayətkarlıqla mübarizə idarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.

Onun bütün rəqəmsal əşyaları polis tərəfindən götürülüb.  Ankara sakini olan T.G. İstanbula aparılacaq.