İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu - Video

İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu
Oxunma sayı: 585

Fevralın 25-də Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Əsər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə ərsəyə gəlib.

Musiqi əsərinin əvvəlində Xocalı Soyqırımı haqda məlumat verilir, beynəlxalq “Human Rights Watch” təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində “ən böyük qətliam” adlandırdığı diqqətə çatdırılır. Həmçinin, soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir.