İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək

imei-nomresini-deyisdirenler-12-min-manatadek-cerimelenecek
Oxunma sayı: 7063

Prezident İlham Əliyevin təsdiqlədiyi, Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300 - 400 manat, vəzifəli şəxslər 1 000 - 1500 manat hüquqi şəxslər isə 3 000 - 4000 manat məbləğdə cərimə ediləcək.

“Qafqazinfo” xəbər verir ki, Məcəllənin 368 -1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 - 800 manat, vəzifəli şəxslər 2 000 - 2 500 manat, hüquqi şəxslər isə 9 000 - 12 000 manat cərimə ödəyəcək.

Nazirlər Kabineti mobil cihazların İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanunundan irəli gələn digər məsələləri həll etməlidir.