Şahzadə Uilyam və Keyt Midltonun qızı Şarlottanın adına kosmetika vasitəsi istehsal olunub.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şahzadə Şarlotta dünyada hələ ilk addımlarını atmağa çalışsa da, dizaynerlər öz yaradıcılıqlarını ona həsr edirlər. Belə ki, “Marc Jacobs Beauty” şirkəti “Charlotte” adlı dodaq boyası istehsal edib. Bunun üçün şirkət çəhrayı tondan istifadə edib.
Dodaq boyasını yalnız Böyük Britaniyadakı “Harrods” univermağından əldə etmək olar.
Qeyd edək ki, şahzadə Uilyam və K. Midlton cütlüyünün ikinci uşağı olan şahzadə Şarlotta 2015-cil il mayın 2-də doğulub. Onların oğlu Corcun isə 2 yaşı var.



Son xəbərlər
Son Xəbərlər