İmişli sakini həbs olundu

imisli-sakini-hebs-olundu
Oxunma sayı: 652

İyunun 23-də Cavadxan küçəsində Seymur Umudova məxsus «Mersedes» markalı avtomobidən şüşəni sındırma yolu ilə gün eynəyi oğurladığı üçün İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi RPİ PPXB və 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, iyunun 18-nə keçən gecə H.Əliyev küçəsində İman Əliyevə məxsus «Volksvagen Golf» markalı, Elçin Faruhov məxsus «Mersedes» markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd edib, elə həmin gün R.Məmmədov küçəsində Saleh Quliyevə məxsus «Opel» markalı avtomobidən 110 manat oğurlamış, A.Məhərrəmov küçəsində Oqtay Fərəcova məxsus «Mersedes» markalı avtomobilin isə şüşəsini sındırıb və arxa dövlət nömrə nişanını oğurlayıb. O cümlədən, iyunun 21-nə keçən gecə eyni üsulla R.Məmmədov küçəsində Eynulla Sadıqova məxsus «Volksvagen Jetta» markalı, 20 Yanvar küçəsində Mariya İsmayılova məxsus «Hyundai» markalı avtomobildən oğurluğa cəhd edib, R.Məmmədov küçəsində Vüqar Ağayevə və 20 Yanvar küçəsində Xalid Məmmədova məxsus «Mersedes» markalı avtomobillərdən 2 ədəd mobil telefon oğurlayıb.

İyunun 23-də Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq avtovağzalında Bakı şəhər sakini Heydər Əmrahov mübahisə zəminində orada nəzarətçi işləyən Xırdalan şəhər sakini Vasif Novruzovu bıçaqladığına görə Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

İyunun 23-ü saat 19:30 radələrində «Sədərək» ticarət mərkəzində Bakı şəhər sakini Davaxan Kərimov idarə etdiyi «Daewoo» markalı avtomobili maniəyə vurmuş, nəticədə D.Kərimov ölüb, sərnişinləri - Bərdə rayon sakinləri Fərahim Əhmədov, Zamin Vəliyev və Əlzamin Vəliyev xəstəxanaya yerləşdiriliblər.

İyunun 12-nə keçən gecə Sabunçu qəsəbə sakini Elmira Əliyevaya məxsus Mayakovski küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 580 manat, 60 ədəd siqaret və ərzaq məhsulları oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İntiqam Məmmədov iyunun 23-də yaxalanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Hakim Həsənov iyunun 23-də tutulub.

2012-ci ilin aprel ayında Camal adlı şəxs Bakı şəhər sakinləri Fuad Əhmədovdan 3120 manat, Yusif Sədirovdan isə 5120 manat alaraq qaytarmayıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev iyunun 23-də yaxalanıb.