İsmayıllı və Göyçay rayon sakinlərinin nəzərinə

İsmayıllı və Göyçay rayon sakinlərinin nəzərinə
Oxunma sayı: 1243

Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il avqustun 2-də saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi