Daşkəsən rayonunda “Shacman” markalı yük maşını dərəyə aşıb.
“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 5-ci kilometrliyində qeydə alınıb.
Daşkəsəndən İmişliyə əhəng daşı aparan “İmişli” şəkər zavoduna məxsus maşın yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər