İmişlidə 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində öldü

imislide-14-yasli-oglan-bedbext-hadise-neticesinde-oldu
Oxunma sayı: 4832

İmişlidə 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qızılkənd kəndində baş verib.

Belə ki, kənd sakini 2006-cı il təvəllüdlü Rövşən Rubail oğlu Şıxəliyev yaşadığı evin həyətində yelləncəkdə yellənərkən yelləncəyin kəndiri boğazına dolanaraq ölümünə səbəb olub.

R.Şıxəliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayonu mərkəzində müayinə olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli