İmişli rayonun Qızılkənd qəbristanlığında 5 məzarın başdaşı naməlum şəxslər tərəfindən yerə aşırdılaraq sındırılıb.
“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, hadisəni törədənlər qəbrstanlıqda mövcud olan gümbəzin qapısındakı qıfılı sındırıb içəri daxil olmaq istəsələr də, buna nail ola bilməyiblər.
Kənd sakinləri başdaşıların sındırılması faktını səhər saatlarında yaxınlarının məzarlarını ziyarətə gələrkən aşkarlayıblar. Onlar dağıdılan məzar daşlarının müxtəlif ailələrin dünyasını dəyişən üzvlərinə məxsus olduğunu bildiriblər.
Vətəndaşlar hadisəylə bağlı aidiyyatı qurumlara məlumat verildiyini və araşdırmanın aparıldığını qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər