İmişlidə 41 yaşlı kişi arvadını öldürməyə cəhd edib.
"Qafqazinfo" xəbər verir ki, iyulun 21-də rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin bıçaqla Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər