Mayın 10-da İmişli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, konsert proqramında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, həmçinin sakinlər və rayonumuzun qonaqları iştirak ediblər.
İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında təşkil olunan konsert proqramının aparıcısı bildirib ki, bu il Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür.
Dahi liderin yubileyi ölkəmizin hər yerində böyük coşğu və təntənə ilə qeyd olunur. Konsertdə məşhur bəstəkarların ulu öndərə həsr etdikləri, dahi rəhbərin sevdiyi əsərlər, həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa edilib, xalq mahnıları, rəngarəng rəqs nömrələri təqdim edilib. Təqdim edilən musiqilər və rəqs nömrələri tamaşaçılarda xoş əhvali-ruhiyyə yaradıb. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Son xəbərlər
Son Xəbərlər