İmişlidə bayraq günü qeyd olunub

İmişlidə bayraq günü qeyd olunub
Oxunma sayı: 827

İmişli rayonu Bayraq Muzeyində “Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı  Vilyam Hacıyev öz nitqində Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin rəmzi olduğunu və hər bir xalqın müqəddəs dövlət rəmzlərindən biri olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövləti qurmağın və ona sahib çıxmağın əsas göstəricilərindən biri olduğunu bildirib. Başçı öz nitqini davam etdirərək həmçinin bildirib ki, dövlət rəmzlərimizin yaradılması, onun formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü siyasəti nəticəsində mümkün olduğunu və bu bayrağın tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağını bildirib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi