İmişlidə bazarda yanğın - Yenilənib+Video

imislide-bazarda-yangin
Oxunma sayı: 4776

İmişli şəhəri ərazisindəki bazarda yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

İmişli şəhərində yerləşən bazarda baş vermiş yanğın məhdudlaşdırılaraq saat 20:30-da söndürülüb.