İmişlidə bir ailənin 3 üzvü turşudan zəhərlənib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən evdə qeydə alınıb. Belə ki, rayon sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, 1968-ci il təvəllüdlü Ağayeva Sayalı Sarış qızı və onların qızı 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı pomidor turşusundan zəhərlənib. Zəhərlənənlər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Sayalı Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər