İmişli rayonunun avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, növbəti əsaslı təmir işləri İmişli şəhərinin Mikayıl Müşfiq, Otuzikilər və Həmid Ələsgərov küçələrində aparılıb.
Sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Bu səbəbdən də həmin küçələrin avtomobil yollarında layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və yollara 6550 kv.metr asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilir.