İmişlidə dezinfeksiya işləri görüldü - Fotolar

imislide-dezinfeksiya-isleri-goruldu
Oxunma sayı: 2121

İyulun 4-də İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış Qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib.

"Qafqazinfo" xəbər verir ki, reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, bazar ərazisini, ictimai-iaşə və ticarət obyektlərini əhatə edib. Əhali ilə söhbətlərində koronavirusun fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı vətəndaşları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözləməyə çağırıb.

Həyata keçirilən tədbirlər çərçivəsində bu gün növbəti dəfə rayonun Heydər Əliyev prospektində, 20 Yanvar, T.İsmayılov, M.Əsədov, S.Qazıyeva, A.Şadlinski, P.Həsənov, S.Fətəliyev və N.Savalanov küçələrində dezinfeksiya işləri aparılaraq yollar xüsusi məhlullarla yuyulmuşdur. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylanılan zaman maarifləndirmək məqsədilə onlara broşüralar da verilmişdir. Bundan əlavə rayonun prospekt və küçələrində divarlara posterlər yapışdırılmış, həmçinin insanların sıx toplaşdığı yerlərdə reklam lövhələri asılıb.

Qeyd edək ki, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət edilir.