İmişlidə faciəvi hadisə - 9 yaşlı oğlan öldü

imislide-facievi-hadise
Oxunma sayı: 2895

İmişlidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Çaxırlı kəndi ərazisində Hüseyn Hətəmxanov idarə etdiyi “Mercedes” markalı yük maşını ilə 2014-cü il təvəllüdlü Cavid Mehdizadəni vurub. Ağır xəsarət alan azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.