İmişlidə güclü yanğın

imislide-guclu-yangin
Oxunma sayı: 2043

İmişlidə ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli çay evinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü, yaxınlıqda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin çardağı yanıb. 

Bu barədə "Qafqazinfo" FHN-ə istinadən xəbər verir.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.