İmişlidə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Qafqazinfo" xəbər verir ki, konfransda İmişli RİH başçısı Elçin Rzayev, Bakı Mühəndislik Universitetinin rektoru, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi Havar Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatı və siyasi fəaliyyəti haqqında çıxışlar dinlənilib. Çıxışlar başlamamışdan öncə ümummilli liderin əziz xatirəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycan müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında söz açıblar.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı müasir Azərbaycan bu gün prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.








Son xəbərlər
Son Xəbərlər