İmişlidə iftar süfrəsi açılıb - Fotolar

imislide-iftar-sufresi-acilib
Oxunma sayı: 1219

Aprelin 28-də İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə İmişli rayonunda islam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhid ailələri ilə yanaşı RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər.

İftar süfrəsi rayonun axundu tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən RİH başıçısı Elçin Rzayev Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. O, Azərbaycanda və eləcə də İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib.

İcra başçısı, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğunu bildirib.