İmişlidə koronavirusa görə növbəti reyd - Fotolar

İmişlidə koronavirusa görə növbəti reyd
Oxunma sayı: 1139

İmişlidə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsi, habelə sanitar-epidemioloji normalara qeyri şərtsiz əməl edilməsi daima diqqət mərkəzindədir.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə avqustun 7-də şəhər ərazisində rayon İcra Hakimiyyəti başçısının və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə növbəti reyd keçirilib.

Reyd ilk olaraq mərkəzi bazar ərazisini əhatə edib, daha sonra isə yoxlamalar ictimai-iaşə və ticarət obyektlərində davam etdirilib. Yoxlama zamanı maskadan istifadə etməyən vətəndaşları obyektlərə buraxdıqları üçün sahibkarlara irad tutulub. Həmçinin vətəndaşların, eləcə də ictimai-iaşə və ticarət obyektlərində çalışanların sağlamlığı baxımından gigiyenik qaydalara əməl olunmasının vacibliyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu kimi yoxlamalar tək şəhər ərazisində deyil, həmçinin qəsəbə və kəndlərdə də aparılır. Aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanlarla bağlı ciddi tədbirlər görülür və rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi