İmişlidə koronavirusa qarşı qabaqlayıcı tədbirlər gücləndirilib - Fotolar+Video

imislide-koronavirusa-qarsi-qabaqlayici-tedbirler-guclendirilib
Oxunma sayı: 1734

İndiyədək İmişli rayon Mərkəzi Xəstəxanasına koronavirusa yoluxan 139 xəstə daxil olub.

“Qafqazinfo” xəbər verir ki, İmişli rayon xəstəxanası regional olduğundan ətraf rayonlarda test nəticəsi pozitiv olan xəstələrin müalicəsi burada aparılır. Daha çox xəstə isə Kürdəmir və Ağcabədi rayonlarından gətirilir. İndiyədək İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olan 139 xəstədən 58 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər dünyasını dəyişib, 3 nəfər isə digər xəstəxanalara göndərilib. 

Hazırda xəstəxanada 77 nəfərin müalicəsi davam etdirilir. İmişlinin özündə isə cəmi 3 nəfərdə yoluxma qeydə alınıb,1 nəfər sağalıb, 2 nəfərin müalicəsi davam edir.  İmişli üzrə yoluxma göstəricisi yüksək olmasa da, regional karantin mərkəzi olduğundan gediş-gəlişin çox olmasını nəzərə alınaraq Covid-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər gücləndirilib.

Eyni zamanda, İmişli İH polislə birgə rayon ərazisində maskasız gəzən sakinlərə pulsuz maska da paylayır. Məhəllədaxili yolların, sakinlərin daha çox istifadə etdiyi küçələrin və səki daşlarının xüsusi məhlulla müntəzəm yuyulması işləri aparılır.