İmişlidə may ayında səyyar qəbullar keçirildi - Fotolar

imislide-may-ayinda-seyyar-qebullar-kecirildi
Oxunma sayı: 952

İmişli rayonunda may ayında Məzrəli, Xubyarlı, Çaxırlı, Qaradonlu, Göhərli, Çahar, Rəsullu, Məhəmmədli, Yalavac, Muradalılı, Otuziki və Nurulu kənd sakinləri ilə təsdiq olunmuş qrafik üzrə RİH başçısı Elçin Rzayev tərəfindən səyyar görüşlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən 4 səyyar görüşdə 350-dən çox sakinin iştirakı ilə 25-ə qədər müraciət dinlənilib. İcra başçısı görüşlərdə çıxış edərək İmişli rayonunda aparılan abadlıq-quruculuq işləri barədə sakinlərə ətraflı məlumat verib.

 Həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğunu sakinlərin diqqətinə çatdırıb.

Səmimi söhbət əsasında keçən görüşlərdə sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. İcra başçısı tərəfindən sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.