İmişlidə pandemiya əleyhinə tədbirlər daha da gücləndirildi - Fotolar

imislide-pandemiya-eleyhine-tedbirler-daha-da-guclendirildi
Oxunma sayı: 1691

İmişlidə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və yayılmasının qarşısının alınması, həmçinin bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri davam edir. Bu barədə “Qafqazinfo”ya İmişli Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Heydər Əliyev prospektində, 20 Yanvar, T.İsmayılov, M.Əsədov, S.Qazıyeva, A.Şadlinski, P.Həsənov, S.Fətəliyev və N.Savalanov küçələrində dezinfeksiya işləri aparılaraq, yollar xüsusi məhlullarla yuyulub.

Bununla yanaşı, parklar, içtimai iaşə obyektləri, yaşayış evləri və İmişli Rayon Mərkəzi Xəstəxanası da dezinfeksiya olunub.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanası “COVID"lə mübarizə üzrə Regional Karantin Xəstəxanası kimi fəaliyyət göstərir, ətraf rayonlardan koronovirus diaqnozlu xəstələr  müalicə olunması üçün buraya göndərilir.

Virusa yoluxma hallarının qarşısını almaq məqsədilə əhali arasında mütəmadi maarifləndirmə işləri aparılır. Onlarla gigiyenik qaydalara maksimum dərəcədə riayət etmələri, sosial məsafəni qorumaları ilə bağlı  söhbətlər aparılır və İmişli rayonu ərazisində, xüsusilə açıq və qapalı məkanlarda maskasız gəzənlərə mütəmadi olaraq maskalar paylanılır.