İmişli şəhərində xeyli sayda çoxmənzilli ictimai yaşayış binalarının və sosial obyektlərin yerləşdiyi M.Əsədov və 20 Yanvar küçələri boyu piyada səkilərində aparılan genişmiqyaslı təmir-bərpa işləri başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun mərkəzi küçələrində piyadaların sərbəst hərəkəti üçün səkilərə yeni səki daşları və müasir döşəmə plitələri qoyulub, həmçinin layihə üzrə normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb və mütəmadi aparılan yenidənqurma işləri ətraf ərazinin estetik görünüşünün yaxşılaşmasına səbəb olmaqla yanaşı rayona gələn qonaqların rahatlığını təmin edib.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.





Son xəbərlər
Son Xəbərlər